Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Macarıstanın Baş naziri Viktor Orban ikitərəfli gündəliyin cari məsələlərini müzakirə edərək, iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Xəbəri “Anadolu” yayıb.
Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev Macarıstanın baş naziri ilə telefon danışığı aparıb. Qeyd olunur ki, “ilk növbədə enerji, maliyyə və investisiya sahələrində ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir”.
“İkitərəfli əməkdaşlığın qarşılıqlı faydalı nəticələrinə nail olmaq üçün birgə işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə sadiq olduqlarını təsdiq edərək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbətin sonunda Tokayev Macarıstanın baş nazirini Qazaxıstana səfərə dəvət edib.
P.ƏMİRCANOV
XQ