Tramp axtarışda liderlik qazanıb

post-img

2024-cü ildə istifadəçilər “Google” axtarış sistemində ən çox ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Uels şahzadəsi Keyt Middlton haqqında məlumat axtarıblar.

Bu barədə şirkətin dərc etdiyi hesabatda məlumat verilib. Ən çox maraq doğuran hadisə ABŞ-də noyabr ayında keçirilən prezident seçkisi olub. İstifadəçilər, eyni zamanda, təbii fəlakətlər, xüsusilə ABŞ-də baş verən “Milton” qasırğası və Yaponiyada tayfun haqqında məlumatları tez-tez axtarıblar. Üçüncü yerdə isə Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı axtarışlar qərarlaşıb. Bununla yanaşı, Ukrayna münaqişəsi ilin ən populyar 10 axtarış mövzusuna daxil olmayıb.

XQ

 

Dünya