Qədim Yunanıstanda dərman kimi istifadə edilən bal və darçın qarışımının son araşdırmalarla immun sistemini gücləndirdiyi və digər faydaları müəyyən edilib. Xarici mətbuatın yazdığına görə, o, həm də təbii antibiotikdir. Tərkibində çoxlu vitamin və yüksək miqdarda dəmir olan cövhər orqanizmi bakteriya və viruslara qarşı qoruyur, sidik yolları infeksiyasını müalicə edərək mikrobları öldürür, bir sözlə, ömrü uzadır.
Hindistan və Yaponiyada aparılan araşdırmalarla müəyyən edilib ki, bal və darçın qarışımı mədədəki qazı aradan qaldırır, turşuluğun qarşısını alır və ağır yeməklərin həzminə kömək edir.
Darçın tozu ilə balı qarışdırıb səhər yeməyində çörəklə yemək olar. Bu, pis xolesterolu azaldır və infarktın qarşısını alır. Darçınlı balın müntəzəm istifadəsi ürək döyüntüsünü nizama salır, ömrü 10 il uzadır. Yaşlandıqca arteriya və damarlar elastikliyini itirir və tıxanır. Darçınlı bal isə damarları bərpa edir. Həmçinin gecə yatmazdan əvvəl bu qarışımdan bir qaşıq qəbul edənlər, səhərlər daha rahat və yaxşı əhval ilə oyanırlar.
Xolesterol xəstəsinə 450 qram çaya iki xörək qaşığı bal və üç xörək qaşığı darçın tozu qatıb verildikdə iki saat ərzində qanda xolesterinin miqdarının 10 faiz azaldığı müşahidə edilib. Bu qarışım gündə üç dəfə qəbul edildikdə, xroniki xolesterolu da müalicə edə bilər.
Z.HÜSEYNLİ
XQ