Qırğızıstan vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

post-img

Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlərinə müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə nazirliyin mətbuat xidməti cümə axşamı bildirib. Xəbəri “İnterfaks.ru” verib. 

“Rusiya ərazisində tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərinin və əcnəbi vətəndaşların dövlət sərhədindən keçməsinə nəzarətin gücləndirilməsi rejiminin davam etdirilməsi ilə əlaqədar olaraq, Qırğızıstan vətəndaşlarına üzrlü səbəblər olmadan məhdudiyyətlər aradan qaldırılana qədər bu ölkəyə getməmək tövsiyə olunur”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Lazım gələrsə, Qırğızıstan vətəndaşları Rusiya Federasiyasındakı Qırğızıstan səfirliyindən müvafiq yardım və ya məsləhət ala bilərlər.

P.ƏMİRCANOV
XQ

Dünya