Türkiyə Qara dənizdə yeni kəşfiyyat-axtarış işlərinə başlayır

post-img

Türkiyənin “Əbdülhəmid Han” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayır.

AZƏRTAC xəbər verir ki, gəmi bu gün Qara dənizdəki yeni missiya yerinə yola salınıb.

Bu barədə məlumat verən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu ilin sonunadək Qara dənizdə kəşfiyyat quyusunu tamamlayıb uğurlu nəticə əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Nazir Türkiyənin Aralıq dənizində apardığı fəaliyyətlərin də başa çatdırılmadığını, əksinə, daha da genişləndiriləcəyini vurğulayıb.

“Aralıq dənizi Türkiyənin neft-qaz axtarışlarında ilk istiqamətidir. Bu fəaliyyətləri daha sağlam şəkildə həyata keçirmək üçün işlər görülür. Bu, çox vacibdir. Aralıq dənizində böyük ümidlər bəslədiyimiz ərazilər var. İndiyədək bu bölgələrdə iqtisadi baxımdan kəşf adlandıra biləcəyimiz hər hansı fəaliyyətimiz olmayıb. Lakin müəyyən edilən bəzi yerlərdə aktiv fəaliyyətimizi davam etdirəcəyik və bunun üçün 2026-cı ilə nəzərdə tutulan planlar hazırlanıb. Axtarış aparılmayan seysmik ərazilər var, fəaliyyətlər də bu istiqamətdə gedəcək. Doğru məkanda qazma işləri apararaq millətimizə uğurlu nəticələr vermək istəyirik”, - deyə nazir bildirib.

Dünya