Bloomberg: ABŞ yarımkeçirici sektorunda Çinə qarşı məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır

post-img

ABŞ prezident administrasiyası Çinə qabaqcıl yarımkeçirici mikroelektronika və onların istehsalı üçün avadanlıqlara çıxış təmin etməyə davam edən xarici şirkətlərə qarşı daha sərt ticarət məhdudiyyətləri tətbiq etməyi düşünür. Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd edilir ki, Birləşmiş Ştatlar müttəfiq ölkələrlə “xarici birbaşa məhsul qaydası”nın tətbiqini müzakirə edir. O, Vaşinqtona Amerika texnologiyasından və ya proqram təminatından istənilən dərəcədə istifadə edən xarici məhsulların ixracına nəzarət etməyə imkan verir. Agentliyin adı açıqlanmayan mənbələrinə görə, təklif olunan tədbir Yaponiyanın Tokyo Electron və Çində çip istehsalı üçün avadanlıq istehsal edən Hollandiyanın ASML şirkətlərinə şamil oluna bilər.

ABŞ-ın məqsədi Hollandiya və Yaponiyanı öz şirkətlərinə artıq Çində yerləşən avadanlığın texniki xidməti və təmiri ilə bağlı məhdudiyyətlər qoymağa inandırmaqdır. Vaşinqtonun ayrı-ayrı Çin çip şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətində olduğu da bildirilir. Agentlik, eyni zamanda, Amerika şirkətlərinin özləri də Tokio və Amsterdamla əməkdaşlığın dayandırılması riskini gözləyərək FDPR-nin istifadəsinə qarşı çıxırlar.

2022-ci ilin oktyabrında Birləşmiş Ştatlar ölkəyə qabaqcıl çiplərin və müvafiq avadanlıqların tədarükünü məhdudlaşdırmaqla Çinin texnoloji tərəqqisini cilovlamağa yönəlmiş bir sıra tədbirlər qəbul edib. Bloomberg agentliyi Nyu-York Federal Ehtiyat Bankının hesabatına istinad edərək yazır ki, Vaşinqtonun ixrac sanksiyalarını sərtləşdirməsi Amerika şirkətlərinin bazar dəyərinin 130 milyard dollar azalmasına səbəb olub. Amerikanın ən iri çip avadanlığı istehsalçıları (Applied Materials, Lam Research, KLA) hesab edirlər ki, Vaşinqtonun hazırkı siyasəti Amerika şirkətlərinə ziyan vurur, lakin Çin texnologiyalarının inkişafının ləngiməsinə səbəb olmur.

S.ELAY

XQ

Dünya