Qədim Şərq kompası – Astrolab

post-img

VIII əsrdə Abbasilər sarayında yaşa­mış görkəmli ərəb astronomu İbrahim bin Həbib əl-Fəzəri tərəfindən ixtira edilən astrolab orta əsrlərdə ulduzlar və planet­lərin öyrənilməsində istifadə edilən ən mükəmməl kompas hesab olunur. 

Astrolabla göy cisimlərinin yeri müəy­yən edilir və üfüqdən hündürlüyü ölçülür­dü. Ərəblər bu yolla istiqaməti müyyən­ləşdirirdilər. Yeri gəlmişkən, astrolab həm də ərəblərin istifadə etdiyi ilk astronomik cihazdır. Ərəb aliminin bu ixtirası dünya­nın ən böyük möcüzələrindən biri sayılır. Bu kəşf dənizçilər üçün çox faydalı olub. Belə ki. bu cihazın köməyi ilə dəniz və okeanlarda istiqaməti müəyyəndirmək mümkün olub. 

Məlumat üçün onu da qeyd edək ki, İbrahim bin Həbib əl-Fəzəri məşhur ərəb riyaziyyatçısı və astronomudur. O, dövrün digər böyük alimi Yaqub ibn Ta­riq və oğlu Məhəmməd əl-Fəzəri ilə bir­likdə Brahmaquptanın “Brahma-sphu­ta-siddhanta” traktatını sanskrit dilindən ərəb dilinə tərcümə edib. Bu tərcümə "Böyük Sindhind" adlanır. Ehtimal olu­nur ki, məhz bu tərcümə vasitəsilə hind rəqəmləri Hindistandan İslam dünyası­na keçib.

PÜNHAN
XQ

Dünya