Gənclərə “Açıq səma altında” dəstək

post-img

Mərdəkan qəsəbəsində “Arts Council Azer­baijan” qeyri-hökumət təşkilatı tərəfindən “Açıq səma altında” pleneri keçirilib. Layihənin rəhbəri Dadaş Məmmədov qeyd edib ki, bu in­teraktiv yaradıcılıq tədbiri istedadlı gənclərin dəstəklənməsinə yönəlib və onların özünütək­milləşdirməsi, sərbəst təcrübə mübadiləsi üçün platformaya çevrilib.

Səhər saatlarından həm gənc rəssamların, həm də yaşlı nəslin ustadlarının da olduğu plener iştirakçıları açıq səma altında çalışıb­lar. Təşkilatçıların bildirdiyinə görə, bu təd­birin məqsədi təbii işıqda və havanın ətirli atmosferində kətanla ünsiyyət qurmaq üçün sadə bir fürsət olmayıb. Həmçinin rəssamla­ra açıq səma altında, təmiz havada yaradılan sənət əsərinin ətraf aləmin unikal nüanslarını özündə cəmləşdirdiyi imkan təklif olunurdu.

Plenerdə aşağıdakı sənətçilər iştirak edib­lər: Röya Həsən, Gündüz Hunlar, Elşən İbra­himov, Ləman Nağıyeva, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Ruslan Rüstəmov, Təranə Əliyeva, Sürəyya Məm­mədli, Nigar Əliyeva, Məryəm Qibləyeva, Afaq Əkbər, Nailə Məhərrəmova.

“Arts Council Azerbaijan” qeyri-hö­kumət təşkilatının vurğuladığı kimi, plener ustadların özünü təkmilləşdirmə forması kimi gənclərə və yaradıcı ziyalılara dəstək məqsə­dilə həyata keçirilir.

XQ

Sosial həyat