Abşeronda duman, bölgələrdə yağış, dağlarda şaxta...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara­bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsə­cək. Gecə 11-15°, gündüz 19-24° isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütunu­na yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gün­düz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya