XQ Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq konfransda deyib.
"Ən yaxın qonşularımızla münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın üç ölkəsinin - Ermənistan, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş baş tutub. Üç ölkənin əməkdaşlıq edə biləcəyi, ideyalarının və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər var", - o qeyd edib.
A.Mirzoyan vurğulayıb ki, tarix həm də üç ölkənin talelərinin bir-biri ilə bağlı olduğunu göstərir: onlar müstəqillik qazanıb, güclənib, zəifləyib, müstəqilliyini itirib və yenidən qazanıb - hamısı eyni vaxtda.
N.Adilqızı
XQ

