Ukrayna Birgə Ekspedisiya Qüvvələri (JEF) ilə "Genişləndirilmiş tərəfdaşlıq" statusu alıb.
XQ xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal teleqram kanalında məlumat yayıb. Bildirib ki, müvafiq memorandumu JEF üzv ölkələrinin müdafiə nazirləri imzalayıb. JEF 2015-ci ildə Böyük Britaniya tərəfindən yaradılmış hərbi koalisiyadır. Tərkibinə Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, İsveç və Norveç daxildir.
"Norveçin müdafiə naziri Tore Sandvikə və Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə dəvət üçün təşəkkür edirəm. Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü sayəsində ölkəmiz ilk dəfə JEF üzv ölkələrinin müdafiə nazirlərinin iclasında təmsil olunub. Bu tarixi andır", - Denis Şmiqal yazıb.
N.Adilqızı
XQ

