Luvr muzeyindən zinət əşyalarının səs-küylü oğurluğundan iki həftə sonra cinayətkarlar Fransanın paytaxtında “Swarovski” butikini qarət ediblər.
AZƏRTAC xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə butikdən təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb.
Polisin məlumatına görə, qarət zamanı zərgərlik mağazasının həyəcan siqnalı işə düşməyib və təhlükəsizlik kameraları qarətçiləri qeydə ala bilməyib. Mağazanın satıcıları səhər saatlarında işə gələrkən qapının sındırıldığını və butikin qarət olunduğunu görüblər.

