ABŞ-ın sabiq vitse-prezidenti vəfat edib

post-img

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni 84 yaşında dünyasını dəyişib. Bu barədə CNN xəbər verib. 

Telekanal qeyd edir ki, Çeyni ABŞ-ı İraqdakı münaqişəyə aparan "terrorla müharibə"nin baş memarı olub: "2001-ci ildən 2009-cu ilə qədər iki müddət ərzində Prezident Corc Buşla birlikdə xidmət etmiş 46-cı vitse-prezident onilliklər boyu Vaşinqton siyasətində nüfuzlu və mübahisəli bir şəxs olub".

CNN-in məlumatına görə, Çeyni yetkinlik həyatının çox hissəsində ürək-damar xəstəliklərindən əziyyət çəkib və bir neçə dəfə ürək tutması keçirib, lakin uzun və aktiv bir həyat yaşayıb, 2012-ci ildə ürək nəqli əməliyyatından sonra təqaüdə çıxıb və bunu 2014-cü ildə verdiyi müsahibədə "həyatın özünün hədiyyəsi" adlandırıb.

Dik Çeyni 1941-ci ildə Nebraskada doğulub, siyasi karyerasına isə 1969-cu ildə başlayıb. Corc Buş-ata administrasiyasında müdafiə naziri vəzifəsini, onun oğlu Corc Buş-gəncin administrasiyasında isə vitse-prezident postunu tutub.

2024-cü ildə ABŞ-ın 1977–1981-ci illərdə prezident olmuş Cimmi Karter də vəfat edib. Karter ABŞ tarixində 100 illik yubileyinə qədər yaşayan ilk prezident olub.

XQ

Dünya