“Starbucks” Çindəki biznesinin böyük hissəsini satır

post-img

ABŞ-ın “Starbucks” qəhvə şəbəkələri şirkəti Çindəki biznesinin böyük hissəsini 4 milyard dollara “Boyu Capital” investisiya kompaniyasına satır.

AZƏRTAC xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, şirkət Çindəki filiallarının müştərək müəssisəyə daxil ediləcəyini və bu müəssisədə “Boyu Capital” kompaniyasının 60 faizədək paya sahib olacağını bildirib. Razılaşmanın gələn ilin əvvəlində imzalanacağı gözlənilir.

“Starbucks” şirkəti bu satış sayəsində Çin bazarına dair “Boyu Capital” kompaniyasının bilik və təcrübəsindən yararlanmağı planlaşdırır.

Xatırladaq ki, “Starbucks” Çində ilk filialını 1999-cu ildə açıb və qısa müddət ərzində sürətlə böyüyüb. İyunun sonuna olan məlumata əsasən, şirkətin ənənəvi olaraq çay mədəniyyəti ilə tanınan bu ölkədə 7828 filialı fəaliyyət göstərib. Lakin son illərdə şirkət sərt rəqabət nəticəsində həm bazar payını, həm də gəlirlərini itirib. Sentyabrın sonunda “Starbucks” Çində 600-dən çox filialın bağlanacağını açıqlayıb.

Dünya