Günərzi qayğı mərkəzinin uşaqlarının şəhid ailələri ilə görüşü təşkil olunub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə fəaliyyət göstərən Sabirabad günərzi qayğı mərkəzinin uşaqları  Agentliyin əməkdaşlarının müşayiəti ilə şəhid ailələrini ziyarət ediblər.  

XQ xəbər verir ki, ziyarətlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib. Uşaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, o cümlədən onların yadigarları olan övladları ilə həmsöhbət olublar.

Agentliyin əməkdaşları şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanıb, onların bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.

Ziyarətlər gənc nəsilə qəhrəmanlarımızı tanıtmaq və onlara vətən sevgisini aşılamaq məqsədi daşıyıb.













Sosial həyat