Pakistan parlamentinin spikeri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb

post-img

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, məktubda Pakistan parlamentinin spikeri Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıb.

O, məktubunda bildirib ki, bu əlamətdar gün Azərbaycan xalqının sarsılmaz ruhunun, möhkəmliyinin və əzminin güclü sübutudur. Azərbaycan xalqının Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında apardığı tarixi mübarizə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yekunlaşdı və bu, sizin xalqınızın tarixinə əbədi olaraq həkk olunacaq əlamətdar nailiyyətdir.

Məktubda deyilir ki, Ermənistanla münasibətlərdə son müsbət irəliləyişlər Cənubi Qafqazın bütün xalqları üçün sabitlik, qarşılıqlı əməkdaşlıq və ortaq rifah əsasında qurulmuş gələcəyə yenidən ümid verir.

Pakistan parlamentinin sədri məktubunda iki ölkənin parlamentləri arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularını ifadə edib.

Siyasət