6-cı kütləvi məhvolmaya doğru...

post-img

Alimlər Yer kürəsinin mövcudluğundan bəri plane­timizdəki canlı orqanizmlərin ən azı dörddə üçünün öldü­yü 5 böyük kütləvi məhvolma hadisəsini sənədləşdirməyi bacarıblar. 

İndi Yer kürəsi ağır dövrlərdən keçir: o, həddindən artıq əhalidən, qlobal istiləşmədən və həm torpaq­da, həm də okeanlarda parçalan­mayan tullantılardan əziyyət çəkir. Doğrudanmı, biz 6-cı kütləvi məh­volmanın astanasındayıq?

Havay Universitetinin tədqiqatçı professoru Robert Koui əmin edir ki, canlı orqanizm növlərinin 75 faizi yox olana qədər kütləvi məhvolma­dan danışmaq olmaz. Belə ki, 2022-ci ildə aparılan araşdırmaya görə, 1500-cü ildən bəri məlum canlı orqanizmlərin ümumi sayının yalnız 13 faizinin kökü kəsilb. Buna görə də kütləvi məhvolmadan danışmaq hələ tezdir. 

Bəzi tədqiqatçılar təmin edirlər ki, 75 faizlik hədd 10 min il ərzində baş verəcək. Digər mütəxəssislər isə ekoloji vəziyyət pisləşməyə da­vam edərsə, bu dəhşətli mərhələyə cəmi bir neçə əsr ərzində çata bilə­cəyimizü düşünürlər.

Londondakı Təbiət Tarixi Mu­zeyinin məlumatına görə, kütləvi məhvolma 2,8 milyon ildən az olan qısa geoloji müddət ərzində baş verir. Bu məlumatları nəzərə alsaq, məlum olur ki, proses artıq başlayıb və bu, bizim əsrin payına düşür. Tə­dqiqatlar göstərib ki, indi növlər min dəfə sürətlə ölür.

XQ

Dünya