Qaxda kuklaların “Güllü və Güloğlan” oyunu

post-img

Bu günlərdə Qax Dövlət Kukla Teatrında 2024-cü ilin repertuar planına daxil edilən E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər başa çatıb və tamaşaya ictimai baxış keçirilib.

Qeyd edək ki, teatrın baş rejisso­ru, Əməkdar artist Yusif Abdurahma­novun quruluş verdiyi tamaşada rolla­rı Aynurə Abbasova, İlmar Abdullayev, Azər Kərimov, Araz Mehrablı, Fidan Mahmudzadə və Elnurə Əliyeva ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətə­liyevdir.

Yaradıcı kollektiv yeni tamaşa ilə teatrın özü ilə yanaşı, rayonun kənd­lərində də uşaqlar qarşısında çıxış etməyi planlaşdırır. Uzuntala kəndinin uşaqları artıq yeni tamaşanı izləmək imkanı əldə ediblər.

Hazırda teatrda, eyni zamanda, builki repertuar plana daxil edilən di­gər tamaşa - Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” əsəri üzərin­də məşqlərə də başlanılıb. Bu səh­nə əsəri isə iyunda uşaqlara təqdim ediləcək.

AYTƏN
XQ

Mədəniyyət