Missuri ştatının dövlət katibi Baydeni Ştat ibtidai seçkisindən əngəlləməklə hədələyir

post-img

Missuri ştatının dövlət katibi Cey Eşkroft Kolorado məhkəməsinin və Men ştatının dövlət katibinin Donald Trampın praymerizdə iştirakına icazə verməmək qərarını biabırçılıq adlandırıb. O, Co Baydenlə bağlı oxşar qərarların verilə biləcəyi ilə hədələyib.

“Kolorado və Mendə baş verənlər biabırçılıqdır və respublikamızı sarsıdır. Mən Ali Məhkəmənin bunu nəzərdən keçirəcəyini gözləyirəm, əgər alınmasa, dövlət katibləri işə qarışacaq və yeni hüquqi standartın Trampa eyni dərəcədə Baydenə də şamil olunmasını təmin edəcəklər”,-cənab Eşkroft X sosial mediada yazıb.

Kolorado Ali Məhkəməsi və Men ştatının dövlət katibi Donald Trampla bağlı qərarı vətəndaş müharibəsindən sonra qəbul edilən Konstitusiyaya 14-cü düzəlişlə əlaqələndiriblər. O, üsyanda iştirak edən məmurların dövlət vəzifələrində işləməsini qadağan edir. Men və Kolorado praymerizləri martın 5-də keçiriləcək. Cənab Tramp qərarlara etiraz edir.

XQ

Dünya