"F-35"in Yunanıstana təhvil verilməsinin təfərrüatları məlum olub

post-img

Yunanıstan razılaşmalara uyğun olaraq beşinci nəsil F-35 qırıcıları alacaq. RİA Novosti baş nazir Kiriakos Mitsotakis və ABŞ dövlət katibi Antoni Blinken arasında danışıqların yekunlarına dair hökumətdəki mənbələrə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, danışıqlar zamanı Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr, həmçinin iki ölkə arasında strateji əməkdaşlıq müzakirə olunub.

Bundan əvvəl ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes Afinaya beşinci nəsil F-35 qırıcılarının satışını təsdiqləyib.

Ötən ilin iyununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Lozanna sülh müqaviləsinin müddəalarını bilərəkdən pozduğunu bildirmişdi. O, həmçinin Türkiyənin “bölgədə davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür səy göstərməyə” hazır olduğunu bildirib.

XQ

Dünya