Putin Tokayevi Respublika Günü münasibətilə təbrik edib

post-img

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də bildirib ki, Rusiya-Qazaxıstan münasibətləri yüksək səviyyədədir. Rusiya lideri bu bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik teleqramında verib. Məlumatı “İzvestiya.ru” yayıb.

“Ölkəniz sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq problemlərin həllinə mühüm töhfələr verir və dünya miqyasında layiqli nüfuza malikdir”, - deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, iki ölkə arasında Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsi və konstruktiv qarşılıqlı fəaliyyətin artırılması Rusiya və Qazaxıstanın köklü maraqlarına cavab verir.

Bu il oktyabrın 7-də Putin və Tokayev arasında görüş keçirilib. 

P.ƏMİRCANOV
XQ

Dünya