“Nobel”i “tapanlar” yox, “öyrənənlər” aldılar

post-img

“51 Pegasi b”nin spektrindəki sürüşmələr o qədər əhəmiyyətli idi ki, onlara yalnız ulduza çox yaxın olan nəhəng bir planet səbəb ola bilərdi. Bu, astronomların Günəş sistemində gördükləri ilə ziddiyyət təşkil edirdi. Çünki Günəş sistemində ulduza kiçik və yüngül planetlər yaxın, nəhəng planetlər isə xeyli uzaq məsafədə yerləşir. Amma burada tərsinədir, söhbət ulduza yaxın iri planetdən gedir.

Ceffri Marsin rəhbərlik etdiyi Kaliforni­ya qrupu belə qərara gəlib ki, ölçmələrdə hansısa səhv var və gəldikləri nəticələri dərc etmirlər. Lakin İsveçrə astronomları Mişel Mayor və Didye Queloz 1995-ci ildə Günəşə bənzər ulduzun ətrafında “51 Pe­gasi b” ekzoplanetini kəşf etdiklərini elan edirlər. O, Yupiterin çəkisinin təxminən yarısıdır və ulduzdan cəmi 0,0527 ast­ronomik vahid uzaqlıqdadır. 2015-ci ildə Beynəlxalq Astronomiya Komitəsi planetə Dimidium adını verdi və dörd il sonra No­bel Komitəsi Mayor və Quelozun nailiy­yətlərini onlara fizika üzrə Nobel mükafatı verərək tanıdı.

Kaliforniya qrupu isə kənarda qaldı. Gəldikləri nəticələri dərc etməmək onlara baha başa gəldi. 

“51 Pegasi b”nin səthi 1300 K-ə (Kel­vin-mütləq sıfıra (–273.15°C) sahib tem­peratur ölçü vahidi) qədər qızır. Astronom­lar planeti yeni bir sinfə - “isti Yupiterlər”ə təsnif etdilər. Alimlər qaz nəhənginin öz ana ulduzuna bu qədər yaxın necə əmələ gəldiyini başa düşə bilmədilər. 

Kifayət qədər məntiqli izahat isə tez­liklə tapıldı. 1996-cı ildə astronom Duqlas Lin və onun həmkarları planetin ulduzdan xeyli məsafədə yarandığını, lakin ona doğru köç edərək, yavaş-yavaş ulduzun dairəvi diskinin qalıqlarını udduğunu irəli sürdülər. Oxşar şeylər digər “isti Yupiter­lər”də də baş verir.

XQ

Dünya