390 karatlıq brilyant

post-img

Rusiyanın zərgərlik markası “Alrosa” Yakutiyadakı mədəndən 390,7 karatlıq brilyantın çıxarıldığını açıqlayıb.

Bunun son 10 ildə Rusiyada çıxa­rılan ən böyük almaz olduğu bildirilir.

Bu qiymətli daşın kütləsi, forması və rəngi onu digərlərindən fərqləndirir.

Rusiya dövlətinə məxsus zərgərlik nümunələri satan şirkət son illərdə iri ölçülü daşları hərraca çıxarır. Rəs­milər isə Rusiya–Ukrayna müharibə­sinə görə bu daşın çətin satıla biləcə­yini deyirlər. 

Qeyd edək ki, ABŞ və Qərb ölkələ­rinin sanksiyalarından sonra “Alrosa” Asiya və Hindistan bazarlarına üstün­lük verməyə başlayıb.

S. FİDAN
XQ

Dünya