Van Qoqun tablosu tapıldı

post-img

Məşhur rəssam Van Qoqun Hollandiyada oğurlanmış tablosu tapılıb. “The Guardian” qəzeti xəbər verir ki, hollandiyalı detektiv 2020-ci ildə muzeydən oğurlanmış Van Qoq tablosunu tapıb. Agentliyin müxbiri yazır ki, Vinsent Van Qoqun 2020-ci ilin martında muzeydən oğurlanmış rəsm əsəri aşkar edilib.

Van Qoqun 3-6 milyon avro dəyərində olan “Nuenen, Ba­hardakı Kahin bağı” adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. 

Xatırladaq kii, rəssamın 1884-cü ildə çəkdiyi rəsm koro­navirus pandemiyası səbəbindən karantin zamanı Amster­dam yaxınlığında yerləşən Singer Laren Muzeyindən oğur­lanmışdı. 

XQ

Dünya