Çinlilərin jenşenə bərabər tutduqları biyan

post-img

İmmunoloq Andrey Perekopskinin fikrincə, qədim Çində şəfaçıların jenşen qədər qiymətləndirdikləri biyan kökü bir sıra xəstəliklərə çarədir. Onun fikrincə, biyan allergiya ver­mədiyinə görə, hətta uşaqlar və hamilə qadınlar da ondan istifadə edirlər. 

Bu bitkinin kökün­də asparagin, qlisirizin, stearin, flavonoid, ku­marin kimi faydalı mad­dələr və bir çox digər üzvi birləşmələr var. Biyan sink, mis, selen, kalium, alüminium, də­mir kimi minerallarla da zəngindir.

Biyan kökü tənəffüs yolları xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Aktiv maddələr bəlğəmi yumşaldır və onun atılmasına kömək edir. Bundan əlavə, biyan antimikrob və antiviral təsirlərə malikdir.

Biyan kökünün anti-sklerotik xüsusiyyətləri xolesterin səviy­yəsini aşağı salır. 

Kosmetikada biyan sızanaq, seboreya, ekzema, dermatit, sedef xəstəliyinin müalicəsində istifadə olunur. 

Biyan çayı immuniteti gücləndirir, yuxunu yaxşılaşdırır. 2:1:1 həcm nisbətində biyan, limon balzamı və çobanyastığı götürülür. Üstünə qaynar su tökülür və beş-yeddi dəqiqə saxlanır, gündə üç dəfə yeməkdən bir saat əvvəl içilir.

Ürək çatışmazlığı, yüksək təzyiq, tromboz və həzm sistemi patologiyaları olan insanlara biyan komponentləri olan dərman­ları içmək qadağandır.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Dünya