Ağırlıqqaldıranımız qızıl medal qazanıb

post-img

Belarusda II MDB Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. 

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli komandamızın aktivinə daha bir qızıl medal əlavə edib. İdman­çı 109 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kq (177+216) nəticə ilə qalib adına layiq görülüb. 

Bununla da, komandamızın qazan­dığı qızıl medalların sayı 6-ya çatıb. Azərbaycan ölkələrin medal sıralama­sında 30 medalla 4-cü yerdə gedir. 

Avqustun 15-dək davam edəcək yarışa ölkəmiz 16 idman növündə 177 idmançı ilə təmsil olunur.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman