Dünya kuboku: Nicat Abasovdan heç-heçə

post-img

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\16 final mər­hələsinin ilk oyunları keçirilib. 

Mötəbər yarışda mübarizəni da­vam etdirən yeganə şahmatçımız Ni­cat Abasov 1\16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub. 

Tərəflər debütdə vəzir qambiti se­çiblər. Nicat Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotr Svidlerin oynadı­ğı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb. Ye­kunda partiya 37-ci gedişdə şahmatçı­ların heç-heçəyə razılaşması ilə başa çatıb. 

Qeyd edək ki, cavab görüşü bu gün keçiriləcək.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman