Avropa paralimpiya çempionatında 6-cı medal

post-img

Azərbaycan təmsilçilərinin Niderlandın Rotterdam şəhərin­də keçirilən Avropa paralimpiya çempionatında uğurlu çıxışı davam edir. 

Azərbaycan Milli Paralimpiya Ko­mitəsindən “Xalq qəzeti”nə bildirilib ki, qadın cüdoçumuz Xanım Hüsey­nova (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. 

Bundan əvvəl Şəhanə Hacıye­va (48 kq) qızıl, Dürsədəf Kərimova (+70 kq), Namiq Abaslı (73 kq) gü­müş, Xatirə İsmiyeva (+70 kq), İsma­yıl Muradov (60 kq) bürünc medala sahib olublar.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman