Bu gün “Qarabağ” HİK-i qəbul edəcək

post-img

Azərbaycan çempionu “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci matçında Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

Matç saat 20:00-da start götürəcək. Matçı israilli FİFA referisi Roy Reinsreyber idarə edəcək.  

Bu komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

Yeri gəlmişkən, “Qarabağ”ın heyətində Marko Veşoviç və Abbas HÜseynov zədə səbəbindən qarşılaşmanı buraxacaq. Finlandiya təmsilçisinin heyətində isə itkilər daha çoxdur. Bu günki oyunda HİK-in heyətində Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riski komandalarına kömək edə bilməyəcəklər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman