Paralimpiyaçılarımız Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə məktəblilərlə görüşüb.
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə dünya və Avropa çempionu paragüllə atıcımız Kamran Zeynalov və Avropa Gənclər Paralimpiya Oyunlarının qalibi parataekvondoçumuz Amin Əliyev ilə Bakı Avropa Liseyində görüş keçirilib. Tədbirdə paralimpiyaçılarımız ilə yanaşı, Milli Paralimpiya Komitəsinin rəsmiləri, məktəb rəhbərliyi və məktəblilər iştirak ediblər.
Hər iki paralimpiyaçımızın uğurlarını əks etdirən videoçarxlar nümayiş olunub, fikirləri dinlənilib, məktəblilərin sualları cavablandırılıb.
Paralimpiya hərəkatının əlilliyi olan şəxslər üçün təkcə idman yarışı deyil, həm də inklüzivlik, bərabərlik və cəmiyyətə inteqrasiya olduğu vurğulanıb. Paralimpiyaçılarımız idmanın gənc nəslin həyatında mühüm rol oynadığını, fiziki və əqli məhdudiyyətlərin hədəflərə çatmaq üçün əngəl olmadığını qeyd ediblər.
XQ

