Hava isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən, avqustun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cə­nub-şərq küləyi əsəcək. Gecə 23-28°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxa­nı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilər­də qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman ola­caq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 36-41°, bəzi yerlərdə 42-43°, dağ­larda gecə 16-21°, gündüz 29-34° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya