“X”-in mübahisəli yozumları

post-img

Elon Mask “rebrendinq” (brendin dəyişdirilməsi) prosesi zamanı “Twitter”in adını “X” olaraq dəyişib. Bəs ingilis əlifbasındakı bu hərfin özəlliyi nədir?

Oksfordun İngilis dili lüğətində cəmi 308 min söz olsa da, yalnız 366 söz “X” hərfi ilə başlayır. Lakin onların çox az hissəsi xalq arasında işlənir. Buna bax­mayaraq “X” hərfi ingilis dilində ən güc­lü və cəlbedici hərf sayılır.

Buna nümunə olaraq “X-Files”, “X-Factor”, “X-Men”, “Generation X”, “X-ray”, “X-rated” və “planet X...” və s. göstərmək olar. Müasir mədəniyyət və sənaye sahələrində bu cür adlar namə­lum, futuristik və ya təəccüblü bir şeyi ifadə etmək üçün qısa şəkildə istifadə olunur.

Digər tərəfdən isə hərfin forması hər hansı bir şeyi simvollaşdıra bilir – sevgidən yoxluğa, qadağaya və hətta ölüm işarəsinə qədər (kəllə və çarpaz sümüklər kimi). Samuel Consonun 1755-ci ildə tərtib etdiyi İngilis dili lüğə­tində “X” hərfi ilə heç bir sakson sözü­nün başlamadığı fikri yer alıb ki, bu da müəmmalıdır.

Bəlkə də elə bu səbəbdən İlon Mask “Twitter”in brend kimliyini bizi unikal edən çatışmazlıqlarımızı təcəssüm et­dirdiyi üçün bu hərfi seçib.

Qeyd edək ki, saytın simvolik “mavi quş” loqosu da artıq mövcud deyil. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya