“Google” qeyri-aktiv hesabları siləcək

post-img

“Google” istifadəçilərini qeyri-aktiv hesablar üçün yenilənmiş siyasət haqqında məlumatlandırmağa başlayıb. Belə ki, iki ildən artıq istifadə olunmayan hesabların silinəcəyi açıqlanıb.

Şirkət 2023-cü il dekabrın 1-dən is­tifadəçi məlumatlarının qorunması və təhlükəsizliyini artırmaq məqsədilə bu addımı atmağı planlaşdırır. Əvvəlcə hesablara birdən çox xəbərdarlıq bil­dirişləri göndəriləcək. İstifadəçilər bu xatırlatma e-poçtlarını ən azı səkkiz ay əvvəl alacaq.

Silinəcək ilk hesablar istifadəçilə­rin yenicə açdıqları və sonra heç vaxt daxil olmadıqları hesablar olacaq. Bu­nunla belə, aktiv “YouTube” kanalları ilə əlaqələndirilmiş, rəqəmsal alış-veriş üçün aktivləşdirilmiş və “Google Play Store” kimi mağazalardan endirilmiş proqramlarla əlaqəli hesablar silin­məyəcək.

İstifadəçilər hesablarının silinməsi­nin qarşısını almaq üçün ən azı iki ildən bir şəxsi hesablarına daxil olmalı və ya “Google” xidmətindən istifadə etməlidir­lər. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya