Ukrayna Fransadan uzaqmənzilli raketlər alıb

post-img

Ukrayna Fransadan SCALP uzun mənzilli hava-yer raketləri alıb. Sursat prezident Vladimir Zelenskinin Telegram kanalında yayımlanan videolardan birində yer alıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə Zelenski hərbçiləri mükafatlandırıb, Patriot və İRİS-T hava hücumundan müdafiə sistemlərinin işi və imkanları haqqında hesabatı dinləyib, həmçinin qırıcı təyyarələrə baxış keçirib.  

İyulun 11-də Fransa hərbi mənbəsi Reuters agentliyinə bildirib ki, ilk SCALP raketləri artıq Ukraynadadır.

S.ELAY,

"Xalq qəzeti"


Dünya