Kondraşov TASS-ın baş direktoru vəzifəsində Mixaylovu əvəz etdi

post-img

Vladimir Putinin seçki qərargahının sabiq mətbuat katibi TASS-ın baş direktoru oldu.


TASS-ın baş direktoru Sergey Mixaylov öz istəyi ilə vəzifəsini tərk edib. Onun yerini əvvəllər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini işləmiş Andrey Kondraşov tutub. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Sergey Mixaylov 2012-ci ildən TASS-ın baş direktoru vəzifəsində çalışır. 2004-cü ilə qədər reklam agentliklərində işləyib. 2005-ci ildə “Rusiya Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsini tutub və şirkətin idarə heyətinə daxil olub. O, İsveçrə, Kanada, Böyük Britaniya və Ukraynanın sanksiyaları altındadır.

Andrey Kondraşov 1992-ci ildən Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində işləyir. 2018-ci ildə Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinin təşviqat qərargahının mətbuat katibi olub. 2022-ci ildə Kanadanın sanksiya siyahısına, 2023-cü ildə isə Aİ-nin sanksiya siyahısına daxil edilib.

"Xalq qəzeti"

Dünya