BƏƏ vətəndaşlarının İran, Livan və İraqa səfərlərini qadağan edib. Rəsmi WAM xəbər agentliyinin BƏƏ Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu qərar regiondakı mövcud vəziyyətlə əlaqədar olaraq qəbul edilib.
Məlumatı “Anadolu” verib.
Xarici İşlər Nazirliyi hazırda bu üç ölkədə olan BƏƏ vətəndaşlarını dərhal olduqları yeri tərk etməyə və vətənlərinə qayıtmağa çağırıb.
Xarici İşlər Nazirliyi vətəndaşların təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb və xaricdəki vətəndaşlara verilən bütün rəsmi təlimatlara və xəbərdarlıqlara ciddi şəkildə əməl edilməsinin vacibliyini xatırladıb: “Bundan əlavə, İran, Livan və İraqda yaşayan soydaşlarımıza görülən qabaqlayıcı tədbirlərin bir hissəsi olaraq BƏƏ hakimiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur”.
P.ƏMİRCANOV
XQ

