Bakıda Beynəlxalq Xalça Festivalı

post-img

Mayın 1-də Bakı Biznes Mərkəzində Beynəlxalq Xalça Festivalının açılışı olub.

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, bu il də Beynəlxalq Xalça Festivalı çərçivəsində forum təşkil olunub və artıq bu platforma ənənəvi xarakter alıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, tədbirdə tərəfdaş qismində iştirak etmək onlar üçün böyük məmnunluq doğurur.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan xalçaçılıq sənəti xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir və bu sənətin qorunması, inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, ölkəmizdə xalçaçılığın yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə ardıcıl layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir.

Tədbir çərçivəsində “Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu işə başlayıb.

XQ



Mədəniyyət