İçərişəhərdə “Sofar Sounds”un konserti olacaq

post-img

“Sofar Sounds” dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən musiqi hərəkatıdır. Hərəkat iyulun 7-də İçərişəhərdə növbəti açıq hava konsertini verməyə hazırlaşır. 

“Xalq qəzeti” xəbər verir ki, 2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçıları üzə çıxarara onlara dəstək vermək, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.

Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.

“Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar - Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedovsky Trio, DədəBaba, Darvish Band, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, AynaBand qrupu, eləcə də istedadlı gənc ifaçılar burada çıxış ediblər.

Anar ƏLİ,

“Xalq qəzeti”

Mədəniyyət