Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın beşinci iclası çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumu təşkil olunacaq.
Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyinə istinadla xəbər verir ki, tədbir iyulun 26-da Çolpon-Ata şəhərində keçiriləcək.
Biznes forumu Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafı, iki ölkənin biznes nümayəndələri arasında münasibətlərin qurulması üçün mühüm tədbirdir.
Forumda turizm, sənaye, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mehmanxana və restoran biznesi, memarlıq və inşaat, informasiya texnologiyaları, logistika və beynəlxalq daşınma, marketinq və konsaltinq kimi sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.
Anar ƏLİ,
“Xalq qəzeti”