Paytaxtda daha bir marşrut avtobusu yenilənir

post-img

Mayın 2-dən Kürdəxanı qəsəbəsini metronun “Neftçilər” stansiyası və “8-ci kilometr bazarı” ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

XQ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məlumata görə, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir. 

Sosial həyat