Tarif Şurası dərmanların qiymətlərini nəzərdən keçirəcək

post-img

Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi Milli Məclisdə müzakirə olunub. Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib kİ, qanuna dəyişikliklər vətəndaşlar üçün əhəmiyyətlidir. 

Nazir müavini bildirib ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd onları çeşidinin artırılması və əlçatanlığının təmin olunmasıdır. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq.

O qeyd edib ki, dərman vasitələrinin qiymətləri ölkələrə görə fərqlənir. Bu fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir.

Anar ƏLİ,

“Xalq qəzeti”

Səhiyyə