Səlahiyyətli nümayəndə tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

post-img

Mayın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial təminat, məşğulluq, əlilliyin təyinatı, kommunal xidmətlər, eləcə də digər sosial məsələləri əhatə edib.

Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

Qəbul zamanı qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu istiqamətdə vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirildiyi diqqətə çatdırılıb.

Səbuhi HƏSƏNOV













Sosial həyat