III Çarlz Bermud adalarına səfər edib

post-img

Britaniya kralı III Çarlz ABŞ-a dövlət səfərindən sonra Bermud adalarına gedib. Səfər onun və kraliça Kamillanın iki ölkə münasibətləri üçün “emosional” və “simvolik” adlandırdıqları dörd günlük səfərin sonunda baş tutub.

Bu barədə “Sky News” yazıb.

Monarxın təyyarəsi cümə axşamı axşamı LF Wade Beynəlxalq Hava Limanına enib. Onu adada Bermud qubernatoru Endryu Merdok və Baş nazir Devid Burt, eləcə də Bermud Kral Alayının fəxri qarovul dəstəsi qarşılayıb.

Bermud adalarına səfər şənbə gününə qədər davam edəcək və III Çarlzın monarx kimi Britaniyanın Xarici Ərazisinə ilk səfəri olacaq. Proqrama 21 topdan salamlama mərasimi, Birlik Oyunlarının iştirakçıları ilə görüş və Böyük Körfəz Sahil Mühafizəsinin yeni məntəqəsinin açılışı daxildir.

P.ƏMİRCANOV
XQ

Dünya