Fransanın aviasiya sənayesi Rusiya titanından asılıdır

post-img

Fransanın aviasiya sənayesi Rusiyadan göndərilən titandan asılıdır. Bu barədə Fransa Prezidenti Emmanuel Makron “Safran Aircraft Engines” aviasiya mühərrikləri şirkətində olarkən bəyan edib. Məlumatı “Xalq qəzeti” “İzvestiya.ru”ya istinadən xəbər verir. 

“Titana gəldikdə, biz Rusiya titanından asılı olmuşuq və hələ bir neçə ay asılı olacağıq. Biz necə deyərlər, öz suverenliyimizin qaytarılması uğrunda mübarizə aparırıq”, - deyə Makron bildirib. 

Onun sözlərinə görə, Fransa şirkətləri artıq titan istehsalının alternativ texnologiyalarından istifadə imkanlarını arayır. Hazırda Fransa həmin metalın idxalını diversifikasiya etməklə məşğuldur. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya