Mədə narahatdırsa – darçın!

post-img

Bir sıra səbəblərdən baş verən köpdən şikayətlənməyən insan yoxdur. Onun qarşısını almaq üçün dərman preparatlarından başqa təbii vasitələr də var. 

Bilirdinizmi ki, darçın yalnız ədviyyat deyil, həm də soyuqdəyməyə qarşı xü­susiyyətlərə malikdir. Həm­çinin həzmə kömək edərək, köpü aradan qaldırır. 

Mədə və qarında köpü 3 əlamətlə müəyyənləşdi­rirlər: mədə dolu və ya adi haldan daha böyük hiss olunur; qarın ağrısı və ya narahatlıq yaranır; mədə böyüyür və ya oradan səs­lər gəlir… 

Darçın bədəndəki ilti­habları azaltmağa kömək edən antioksidant hesab edilir. Həm də onun tər­kibində iltihab əleyhinə birləşmələr var. Məhz bu səbəbdən kofeyə əlavə edilən darçın köpün qarşı­sını almaqda böyük təsirə malikdir. 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat