Süni intellektin təhlükələri barədə xəbərdarlıq edilib

post-img

Bu gün ən çox müzakirə edlən mövzulardan biri süni intellektdir. Bəzi mütəxəssislər süni zəkanın üstünlüklərini sadalayır və onların köməyi ilə böyük problemlərin həll olunacağına ümid bəsləyirlər. Ancaq bəzi alimlər süni zəka barədə o qədər də nikbin proqnozlar səsləndirmirlər. Belə alimlərdən biri də Kaliforniya Universitetinin professoru Berkli Stüart Rasseldir.

Cənab Rassel  “The Times” qəzetinə müsahibəsində bildirib ki, süni intellektin yaranması bəşəriyyət üçün böyük təhlükədir: "İstənilən məntiqi problemi həll etməyə qadir olan süni intellektin (AI) yaranması bəşəriyyəti fəlakətlə təhdid edir”.

Alimin fikrincə, nəzarətsiz olsa da, süni intellekt sahəsində inkişafa nail olundu və gözlənilməyən tərəqqi qeydə alındı. Bununla belə, insanlar süni zəkanın nəyə lazım olduğunu öncədən bilmirdilər. 

Cənab Rassel hesab edir ki, gələcəkdə yüksək intellektə malik robotlar onları idarə etmək cəhdlərinə müqavimət göstərək və bu, təhlükəli hal ala bilər. Britaniyalı professor ciddi xəbərdarlıq da edir. Onun fikrincə, insanlar superintellektli robotlar üzərində hakimiyyəti uzun müddət saxlaya bilməyəcəklər. Buna görə də, cənab Rassel süni intellekt sahəsində tədqiqatlara son qoymağı vacib sayır.

Britanilı alim bəşəriyyətin məhv olması təhlükəsi barədə xəbərdarlıq edir. Onun sözlərinə görə, sivilizasiyamıza nəzarət etməsək, gələcək varlığımız sual altına düşəcək.

S.ELAY,

"Xalq qəzeti"

Maraqlı