Yasamal rayonunda Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni quraşdırılan işıqforlar işə salınıb.
Bu barədə XQ-yə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, NİİM tərəfindən quraşdırılan nəqliyyat və piyada bölməli 9 yeni işıqfor Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihə çərçivəsində icra olunub.

