İmişlidə şəhid ailəsinə ehtiram

post-img

İmişli rayonunda şəhid ailələrinə və qazilərə daim diqqət göstərilir və problemlərinin həlli üçün onlarla mütəmadi surətdə görüşlər keçirilir. Novruz bayramı ərəfəsində rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidi Alik Musayevin ailəsini ziyarət edib. Novruz görüşündə şəhidin doğmaları, rayon rəhbərliyinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib. Bildirilib ki, torpaqlarımızın düşmən işğalından azad olunmasına görə qəhrəmanlarımıza borcluyuq. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və qazilərin sosial məsələlərinin həllinin prioritet olduğunu qeyd edən Elçin Rzayev bu istiqamətdə bütün addımların atıldığını bildirib.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat