The Economic Times: Yer üzündə yeni okean yarana bilər

post-img

Milyonlarla ildən sonra Afrikada yeni okean yarana bilər. Bu barədə Hindistanın “The Economic Times” qəzeti yazır.

Lids Universitetinin alimlərinin fərziyyəsi 2005-ci ildə Efiopiya səhralarında uzunluğu 56 km-dən çox olan Şərqi Afrika parçalanmasının kəşfinə əsaslanır.

Universitet doktorantı Kristofer Mur deyib: “Bu, Yer kürəsində kontinental parçalanmasının okean parçalanmasına çevrildiyini öyrənə biləcəyiniz yeganə yerdir”.

Onun sözlərinə görə, oxşar tektonik sürüşmələr Afrika ilə Ərəbistan yarımadası arasında Qırmızı dənizin, Şərqi Afrika ilə Qərbi Asiya arasında Ədən körfəzinin formalaşması zamanı da müşahidə olunub.

Qeyd olunur ki, Afrikanı ikiyə böləcək yeni okeanın əmələ gəlməsi yalnız milyon illər sonra baş verəcək.

"Xalq qəzeti"

Maraqlı