Alimlər Qahirə yaxınlığında Qədim Misirin 5-ci sülaləsinin ilk hökmdarı firon Userkafın varisinin məzarını aşkar ediblər.
Qazıntılar zamanı çəhrayı qranitdən hazırlanmış nəhəng saxta qapı da tapıblar. Onun hündürlüyü 4,5, eni isə 1,1 metrdir. Daha əvvəl qazıntılar zamanı belə nəhəng ölçülərdə saxta qapılar aşkar edilməmişdi.
Xatırladaq ki, Userkafın hakimiyyəti dini, memarlıq və siyasi quruluş baxımından keçid dövrünü qeyd edən Qədim Misir tarixində mühüm mərhələ olub. Ra kultunun yüksəlişi, günəş məbədlərinin tikintisi və kral məzarlarının ölçüsündə və yerlərində dəyişikliklər onun dövrünün əsas xüsusiyyətləridir.
S.ELAY
XQ